Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib:
“Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.
N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.
Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Elchi.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT...