“Britaniya üçüncü ölkələrdən aldığı böyük miqdarda silahları Ukraynaya ötürür və Rusiya həmin silahların haradan alındığını bilir”.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.
Onun sözlərinə görə, Böyük Britaniya hazırda Ukraynaya hərbi yardımın həcminə görə NATO-da ikinci yerdədir. “Rossiya 24” telekanalının efirində diplomat vurğulayıb ki, London Moskva ilə münasibətlərin bütün arxitekturasını məhv edib, hazırda ölkələr arasında qarşılıqlı fəaliyyət səviyyəsi sıfıra yaxındır.
Yeganə