Çin 2035-ci ilə qədər nüvə başlıqlarının ehtiyatını üç dəfə artıraraq 900-ə çatdırmağı düşünür.
Elchi.az xarici mənbələrə istinadən xəbər verir ki, Xalq Azadlıq Ordusu tərəfindən hazırlanmış plan artıq prezident Si Cinpin tərəfindən təsdiqlənib.
Bəzi xarici ekspertlər xəbərdarlıq edir ki, əgər Çin ordusunu modernləşdirmək məqsədinə çatarsa, ölkə ilk addım atmamaq siyasətindən əl çəkmək istəməyə bilər. Mənbələr əlavə edib ki, Çinin nüvə başlıqlarının sayı 2027-ci ildə, ölkənin silahlı qüvvələrinin yaradılmasının 100-cü ildönümündə 550-yə, 2035-ci ildə isə 900-ə çatacaq.
Yeganə