Paşinyan Rəisini Ermənistana dəvət edib.
Elchi.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə ali rəhbər və İran prezidentinə təbrik məktubu göndərib.
“Çoxəsrlik köklərə, zəngin tarixə və ənənələrə malik Ermənistan və İran arasında isti və dostluq münasibətləri ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə Paşinyan yazıb.
O, məktubunda İran prezidenti İbrahim Rəisini Ermənistana dəvət edib.(konkret.az)