Finlandiya prezidenti Sauli Niinistö Finlandiya və İsveçin iyul ayına qədər NATO-ya qəbul ediləcəyinə inandığını bildirib.
Elchi.az NEWS.am-a istinadən bildirir ki, Niinistö vurğulayıb ki, bu məsələ uzanarsa, hərbi alyansa yeni üzvlərin qəbulu ilə bağlı bütün proses sual altına düşəcək.
Litva iyulun 11-12-də Vilnüsdə NATO-nun sammitini keçirməyə hazırlaşır. NATO yeni üzvlərini qəbul etmək üçün mövcud üzvlərindən yekdil razılıq tələb edir. Türkiyə və Macarıstan 30 üzvlü hərbi alyansda İsveç və Finlandiyanın üzvlüyünü rəsmən təsdiqləməyən yeganə ölkədir.
Yeganə