Zelenski deyib ki, Makron Rusiyanı alçaltmağın yolverilməzliyi ilə bağlı bəyanatlardan sonra dəyişib.
Elchi.az Fransa prezidenti Emmanuel Makron Rusiyanı alçaltmağın yolverilməzliyindən danışandan sonra “həqiqətən dəyişib”. Bu sözləri Ukraynanın dövlət başçısı Vladimir Zelenski “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Ukrayna lideri fransalı siyasətçinin ölkənin Avropa İttifaqına daxil olmasını və Kiyevə tankların verilməsini dəstəkləməsinə diqqət çəkib.
“Tankların tədarükünə yol açan Makron idi və o, Ukraynanın Aİ-yə daxil olmaq üçün müraciətini də dəstəklədi”, – Vladimir Zelenski iddia etdi.
Şayəstə