NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal təhlükələrə diqqət çəkib və NATO ilə Yaponiya arasında əlaqələri gücləndirməyə çağırıb.
Elchi.az xəbər verir ki, Şərqi Asiya turu çərçivəsində Yaponiyaya gələn Stoltenberq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin İruma bazasına səfəri zamanı çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunub.
Rusiya-Ukrayna arasındakı müharibədən söz açan Stoltenberq bildirib:
“Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq. Bununla belə, bu, dünyanın dörd bir yanındakı avtoritar liderlərə üçün də faciəli vəziyyətə gətirib çıxaracaq”.
“Tərəfdaşlığı daha da gücləndirmək üçün bir yol olacaq”
Stoltenberq Rusiya-Ukrayna müharibəsindən irəli gələn qlobal təhlükələrə işarə edərək deyib:
“Ukraynadakı müharibə bizim təhlükəsizliyimizin bir-birimizlə sıx bağlı olduğunu göstərir. Bu, NATO ilə dəyərli tərəfdaşımız Yaponiya arasında tərəfdaşlığı daha da gücləndirmək üçün bir yol olacaq.
Yeganə