Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində ölən və yaralananlar xəbəri bizi dəhşətə gətirib.
Elchi.az xəbər verir ki, bunu AB-nin Azərbaycandakı səfiri Peter Mixalko Tvitterdə yazıb.
“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram”, – səfir bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Elchi.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT...