13:19
Azərbaycanın İrandakı səfirliyinin bütün əməkdaşları və ailə üzvlərinin həyatına qarşı təhdid olduğuna üçün hazırda təxliyə həyata keçirilir.
Bu barədə Elchi.az-a açıqlamasında Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
A.Hacızadə bildirib ki, Tehrandakı səfirliyimizin fəaliyyəti bir müddət dayandırılır:
“Fəaliyyətin nə zaman bərpa olunacağı məlum deyil”.
O vurğulayıb ki, bu, Tehrandakı səfirliyimizin tamam bağlandığı anlamına gəlmir.
Bakı ilə sülh qısa zamanda imzalanmalıdır – Ərdoğan
Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş...