Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya qarşı müharibədə qələbə qazanmaq üçün əllərində olan bütün vasitələri birləşdirəcəklər.
Elchi.az xəbər verir ki, Zelenski dünən gecə saatlarında paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsində son zamanlar olduğu kimi ən şiddətli toqquşmaların Donbas bölgəsində davam etdiyini bildirib.
Rusiya qüvvələrinin onların hücumlarına cavab verməyə davam etdiyini deyən Zelenski həmçinin qeyd edib:
“Əsas əməliyyat bölgələrində, xüsusilə, Donbasda şiddətli toqquşmalar davam edir. Müharibə Donbas üçün, Cənub üçün davam edir”.
Rusiya ordusunun hərəkətləri ilə bağlı lazımi məlumata sahib olduqlarını qeyd edən Zelenski, “Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik”,-deyə vurğulayıb.
Rusiyanın Ukraynada başlatdığı müharibənin 335-ci gününün, yəni 11-ci ayının yanvarın 24-də tamamlanacağını xatırladan Zelenski, “Biz bütün gücümüzü bir şey üçün- qələbə üçün birləşdirəcəyik”,-deyib.
Dövlət məmurları xüsusi icazə olmadan xaricə gedə bilməz
Zelenski bəyan edib ki, Ukraynada dövlət qulluqçuları müharibə zamanı xarici səfərlərlə bağlı yeni ərizə imzalayıblar. O, bildirib ki, yeni qərara əsasən, bundan sonra dövlət qulluqçusunun rəsmi təyinat olmadan xaricə getməsi mümkün olmayacaq.
Mərkəzi hökumətə tabe olan qurum və nazirliklərdə müəyyən kadr dəyişiklikləri ediləcəyini deyən Zelenski, bu gün 22 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etdiklərini də vurğulayıb.
Yeganə