Havaların isti keçməsi fonunda mavi yanacağın qiyməti ucuzlaşıb.
Elchi.az xəbər verir ki, Avropada qazın qiyməti çərşənbə günü min kubmetr üçün 700 dollardan aşağı düşdükdən sonra yenidən bu həddi keçib. Bu, Londonun ICE birjasında ticarət zamanı baş verib.
Hollandiyadakı TTF qovşağında fyuçers qiyməti bir gün öncəki çatdırılma üçün min kubmetr üçün 728 dollara, fevralda çatdırılma üçün isə 778 dollara yüksəldi.
Xatırladaq ki, yanvarın əvvəlində Avropada qazın qiyməti anomal isti hava və külək istehsalı ilə bağlı vəziyyətin yaxşılaşması səbəbindən ucuzlaşıb. Məsələn, Berlində Yeni il ərəfəsində termometrlər +15 dərəcəyə qalxıb.
Şayəstə