Rusiyanın Ukraynaya müharibəsi və Kremlə qarşı tətbiq olunan sanksiyalar fonunda Fransanın GTT (Gaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyada işlərini dayandırdığını elan edib.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
“Rusiyanın “Zvezda” şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisinə dair müqavilə çərçivəsində əməkdaşlığa da son qoyulub. Qərar AB-nin səkkizinci və doqquzuncu sanksiyalar paketində nəzərdə tutulan məhdudiyyətlərə görə qəbul edilib. 2023-cü il yanvarın 8-dən etibarən “Zvezda” ilə müqavilə dayandırılacaq”, – məlumatda deyilib.
Gürcüstan Rusiyaya şərab ixracını 2 dəfə artırıb
Bu ilin yanvar-aprel aylarında Gürcüstan 126,5 milyon ABŞ dolları dəyərində 45,1 milyon ton şərab ixrac edib. Elchi.az xəbər verir ki,...