Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibəti ilə təbrik müraciəti ünvanlayıb.
Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
Tarixin amansız və ədalətsiz rüzgarlarının dünyanın dörd bir yanına səpələdiyi, öz dədə-baba torpaqlarında, yaxud başqa dövlətlərin ərazilərində yaşayan soydaşlarım,
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, qarşıdan gələn 2023-cü ildə hər birinizə möhkəm cansağlığı diləyir, xoş arzu və niyyətlərinizin həyata keçməsini arzulayıram.
Son bir neçə il ərzində millət və dövlət olaraq, Qüzeyli, Güneyli ərazi və mənəvi bütövlüyümüz, milli və suveren hüquqlarımız uğrunda nümayiş etdirdiyimiz birlik, mübarizə əzmi, döyüş ruhu, soyuqqanlılıq, cəsarət bizim bütün hədəflərimizə varmaq gücündə olduğumuzun təsdiqidir. Şəhidlərimizin müqəddəs ruhu bizdən bu birliyi qorumağı, onların, uğrunda canlarını fəda etdikləri ali məqsədlərə çatmağımız üçün ağlımızla, ürəyimizlə, iradəmizlə çiyin-çiyinə dayanmağı tələb edir.
2023-cü ilin son günlərində tarix boyu Azərbaycanın bütövlüyü uğrunda canından keçən, müqəddəs üçrəngli bayrağımızı enməyə qoymayan şəhidlərimizi, milli məfkurə və dövlət adamlarımızı sayğıyla anırıq. Onların bizə miras qoyduğu Vətənə və hədəflərə sahiblənməli, mücadilə əzmimizə, milli birliyimizə kölgə düşməsinə imkan verməməliyik!
Şəhidlərimizə ucaldacağımız ən böyük və əbədi abidə BÜTÖV AZƏRBAYCANDIR!
Bu yolda hər birinizə uğurlar diləyirəm!
Tanrı yardımçımız olsun!
Allah Azərbaycanı qorusun!”
Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi
İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. Elchi.az ixəbər verir...