Yaponiya hökuməti Alzheimer xəstəliyinin əlamətlərini təyin edə bilən qan testi dəstinin istifadəsinə icazə verib.
Elchi.az xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi (MHLW) Alzheimer xəstəliyinin əlamətlərini aşkar edə bilən qan testini təsdiqləyib.
Kobedə yerləşən Sysmex şirkəti tərəfindən istehsal edilən diaqnostik dəst Alzheimer xəstələrinin beyinlərindəki “amiloid beta” zülalını ölçə bilir.
Test dəsti xəstədən alınan az miqdarda qanda “amiloid beta” zülalının miqdarını ölçəcək və erkən diaqnoz və müalicə təklif edəcək.
Beyindəki sinir hüceyrələrində tıxanmaya səbəb olan anormal zülal olaraq bilinən “amiloid beta” Alzheimer xəstəliyinin əlaməti olaraq bilinir.
“Biz həm məhsulun sürətlə bazara çıxarılmasına, həm də onun Yaponiyanın milli tibbi sığortasına daxil edilməsinə hazırlaşırıq”, – Sysmex-in bəyanatında deyilir. deyildi.
Şayəstə