Avropa İttifaqı UNICEF, BMTİP və ÜƏP ilə birlikdə Ermənistanın osial müdafiə sisteminin təkmilləşdirilməsi və modernləşdirilməsinə yönəlmiş səyləri dəstəkləmək üçün 6.5 milyon avro dəyərində “İnvestisiya Sazişi” imzalayıb.
Elchi.az-ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin ofisi məlumat yayıb.
“Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin koordinasiyası ilə növbəti dörd il ərzində proqram çərçivəsində milli strategiyaların işlənib hazırlanması, məlumat sistemlərinin modernləşdirilməsi, potensialın inkişaf etdirilməsi istiqamətində işlər aparılacaq.
Layihənin icrası nəticəsində Ermənistanda sosial müdafiə sektoru həssas qruplara dəstək vermək və sarsıntılara və böhranlara cavab vermək üçün hazırlığı artırmaq üçün gücləndiriləcək.
Yeganə