Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 45-ci Xarici İşlər Nazirləri Zirvəsi ilə bağlı videomüraciət göndərib.
Elchi.az Huriyyet.com.tr-yə istinadən bildirir ki, Lavrov çıxışında təşkilatın bölgəyə verdiyi dəyərdən bəhs edib:
“Qara dəniz bölgəsi əsrlər boyu xalqların, mədəniyyətlərin, dinlərin və sivilizasiyaların kəsişdiyi yer olub. Burası Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu yerdir. 30 il əvvəl Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılması ilə biz davamlı inkişaf üçün region miqyasında strategiya yaratmaq üçün institusional əsas əldə etdik. Çoxqütblü dünya nizamının obyektiv formalaşması kontekstində Qara dəniz regionunun qlobal iqtisadiyyatda rolu artacaq.
Bu istiqamətdə müsbət tendensiyalar göz qabağındadır. Məsələn, bu ilin 9 ayında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi iki dəfə artaraq 45 milyard dollara çatıb”.
Yeganə