ABŞ Konqresi Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona planlaşdırılan səfəri fonunda Rusiyanı təcavüzkar dövlət kimi tanımaq istəyir.
Elchi.az bu barədə “The Hill” qəzetinə istinadən məlumat verir.
Belə bir tədbir ABŞ prezidentinə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə imkan verəcək. Bununla belə, Respublika Partiyası hesab edir ki, belə bir qanun layihəsi Zelenskinin Rusiyanı terrorizmin sponsoru kimi tanımaq tələbinə “yarımçıq” cavabdır.
Konqresmenlərdən birinin köməkçisi qəzetə deyib ki, “Bayden administrasiyası nə ABŞ-ın milli, nə də beynəlxalq qanunvericiliyində belə mövcud olmayan alternativ status icad edib”.
“Bu, Rusiyanı cəzalandırmayacaq və Ukrayna xalqına kömək etməyəcək, düşünülməmiş piar tədbiridir”, -deyə konqresmen köməkçisi əlavə edib.
Qanun layihəsində deyilir ki, ABŞ prezidenti qanun qəbul edildikdən sonra Rusiyanı təcavüzkar dövlət elan edə və Ukraynaya qarşı təcavüz aktlarında iştirakını müəyyən edərsə, istənilən xarici dövləti işğalçı dövlət kimi tanımaq hüququna malik olacaq.
Yeganə