Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.
Elchi.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Yaralılar yoxdur”, – deyə o bildirib.
Hadisə yerində xüsusi xidmət orqanları çalışır.
Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.
İspaniya “Leopard” tanklarının yeni partiyasını Ukraynaya verəcək
İspaniyanın müdafiə naziri Marqarita Robles Ukrayna üzrə Təmas Qrupunun (“Ramşteyn” formatı kimi tanınır) iclası zamanı elan edib ki, Madrid iyunda...