Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 089,591 milyon manat təşkil edib.
Elchi.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,3 % artaraq 1 milyard 261,014 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,8 % artaraq 3 milyard 621,416 milyon manat, aksizlər üzrə daxilolmalar 2,3 % artaraq 149,815 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 43,5 % artaraq 57,346 milyon manat olub.
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 mayda Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Elchi.az xəbər verir...