Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Elchi.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.
Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. “Boeing 737” markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.
Azad olunan ərazilərdə daha 35 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.05.2024 - 19.04.2024) açıqlanıb....