Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi.
Elchi.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld Tvitterdə yazıb.
“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, – o bildirib.
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
“İran prezidenti İbrahim Rəisi, xarici işlər nazirini və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat...