İki gün əvvəl Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə əslində Fransa Senatı tərəfindən qəbul olunan qətnamənin surətidir. Mən qətnaməni oxudum. İki məsələni əsas kimi götürürlər: biri Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi, digəri erməni abidələri… Təsəvvür edin ki, 30 il ərzində ermənilər azərbaycanlıların bütün mədəni abidələrini dağıdıblar, məscidləri pis vəziyyətə qoyublar, amma Fransadan reaksiya olmayıb. Qarabağda erməni abidəsi var? Olanlar alban abidələridir və erməniləşdirilib.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ziyafət Əsgərov deyib.
“Son 30 il ərzində azərbaycanlıları öz evlərindən qovdular, hüququnu pozdular. Bəs onda harada idiniz?” – deputat bildirib.
Z.Əsgərov əlavə edib ki, Fransa Vyetnamdan Afrikaya qədər 50 ölkəni tutub və hamısını da soyub:
“Bu gün Fransa rəsmən Afrikanın 14 ölkəsini soyur. Nədir ki, Fransa onlara müstəqillik verib. Budur sənin ədalətin! Həddinizi aşmayın, Fransa prezidenti, Qarabağ Azərbaycandır”.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Terrorla mübarizədə beynəlxalq dəstək gözləyirik
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Levent Eler beynəlxalq ictimaiyyəti terrorla mübarizədə Ankaraya dəstək verməyə çağırıb. Elchi.az “Star”a istinadən...