Rusiya özünün yolsuzluq avtomobili olan “Aurus Komendant”ın seriyalı istehsalına başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə istehsalçı şirkətdən məlumat verilib.
Məlumata görə, istehsala noyabrın 26-da Elabuq şəhərindəki zavodda start verilib.
“Bu, əksər hissələri Rusiya tərəfindən istehsal edilən lüks sinfindən olan ilk rus avtomobilidir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, avtomobilin istehsalında hazırda milli tədarükçülərin payı 70 faizə çatıb.
Qeyd edək ki, “Komendant” “Aurus” sinfinin ikinci modelidir. Avtomobilin 2023-cü ilin ilk rübündə satışa çıxarılması planlaşdırılır. Qiymətinin isə 33.7 milyon rub olacağı bildirilib.
İran ballistik raket texnologiyasını Husilərə ötürür
İran yəmənli husilərə Qədr dəniz ballistik raket texnologiyasını ötürdü. Elchi.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Agentlik qeyd...