Rusiya Mariupol ətrafını minalayır, istehkam qurur.
Elchi.az xəbər verir ki, bunu Mariupol merinin müşaviri Pyotr Andryuşenko deyib.
“Ruslar Aqrobaz – Berdyansk xətti boyunca torpaq yolları və əkin sahələrini qazmağa başlayıblar”,- o bildirib.
Onun sözlərinə görə, hər şey şəhərin sürətləndirilmiş və gücləndirilmiş istehkamından xəbər verir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya ordusunun qəfil əks-hücumunun qarşısını almaq üçün işğal altındakı Mariupol ətrafında müdafiə strukturları inşa etməyə başlaması ilə bağlı məlumat yaymışdı.
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb
Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ilkin məlumata görə, 10 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ölkənin cənubundakı Rio Qrande-du-Sul...