Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.
“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hər-hansı məlumat daxil olmayıb. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, – məlumatda qeyd olunub.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...