Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə görüşündə deyib.
Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.
İlham Əliyev Rəisi ilə görüşdü – Foto
11:09 Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının...