Ukrayna müharibənin 193-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya indiyə qədər 49 500 hərbçi, 2045 ədəd tank, 4 430 ədəd zirehli döyüş maşını, 1 147 ədəd artilleriya sistemi, 294 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 236 ədəd hərbi təyyarə, 206 ədəd helikopter, 3 276 ədəd avtomobil texnikası, 864 ədəd PUA, 203 qanadlı raket, 15 gəmi/qayıq, 106 xüsusi avadanlıq itirib.
Putin Rusiyanın Xarkovla bağlı planlarını açıqlayıb
Putin deyib ki, bu gün Rusiyanın Xarkovu almaq planı yoxdur. Elchi.az xəbər verir ki, Rusiyanın hazırda Xarkovu almaq planı yoxdur. “RİA...