Ukraynada müharibədə həlak olan azərbaycanlı Səid Vasif oğlu Hüseynovnun nəşi Azərbaycana göndərilib.
Report xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.
Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.
Qeyd edək ki, Səid Hüseynov Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
Mayın 21-dən 23-nə qədər Şəmkir şəhərində və bir neçə kəndlərində qaz olmayacaq. Elchi.az "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, ...