Son aylarda ABŞ Ukraynaya hava əvəzinə dəniz yolu ilə silah tədarükünü genişləndirib.
Bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.
“Hava tədarükü daha səmərəli olsa da, dəniz nəqliyyatı ilə böyük həcmdə yüklərin daşınması Kiyevə silah ehtiyatı yaratmaq imkanı verir. Dəniz yolu ilə silahların tədarükü Rusiyanın Ukraynaya hücumunun başlamasından bir neçə həftə sonra başlayıb, lakin yazda Vaşinqton Kiyevi haubitsalar və daimi sursat təchizatı tələb edən digər ağır silahlarla təmin etməyə başlayanda əhəmiyyətli dərəcədə genişlənib”, – məlumatda bildirilib.
Ukrayna səmasının müdafiəsini gücləndirmək təşəbbüsünü ondan çox ölkə dəstəkləyib
Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü 12 ölkə dəstəkləyib. Elchi.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin X...