Rusiyanın 3-cü ordu korpusuna daxil olan könüllü batalyonlar, hücumları bərpa etmək üçün Donetsk və cənub istiqamətinə köçürüləcək.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Batalyonlar iki əsas qrupa ayrılıblar. Söhbət Marinka, Peski və Avdeyevka rayonlarında rusların irəliləyişinin dayandığı Donetsk istiqamətindən gedir. Digər hissəsi, ola bilsin cənuba – Xerson istiqamətinə gedəcək. Amma 3-cü Ordu Korpusunun batalyonlarının effektiv döyüş gücü yaratmaq ehtimalı azdır. Heyət yaxşı öyrədilməmiş və ya nizam-intizamlı deyilsə, güclü silah belə effekt verməyəcək. Rusiyada təcrübəli komandirlərin olmaması səbəbindən bu qədər sayda könüllünün effektivliyi də azalacaq”, – məlumatda qeyd olunub.
Simonyan: Demarkasiya xəttinə yenidən baxılmayacaq
“Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur”. Elchi.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin...