Araşdırmaya görə, itlər sahibləri ilə görüşəndə sevincdən ağlaya bilirlər.
Elchi.az-ın “Trthaber”-ə istinadən məlumatına görə, “Current Biology” jurnalında dərc olunan araşdırmada yapon alimləri uzun müddətdən sonra sahiblərinə qovuşan 22 itin davranışı üzərində araşdırma aparıblar.
Tədqiqatda sahiblərindən 5-7 saat uzaqda qalan itlərin sahibləri ilə görüşməzdən əvvəl gözlərinin altına kağız parçaları qoyulub. Davranışları izlənilən itlərin yalnız sahibləri ilə bir yerdə olanda göz yaşı tökdüyü məlum olub. Mütəxəssislər uzun müddətdən sonra sahiblərinə qovuşan itlərin həmin anlarda sevincdən ağlaya bildiyini müəyyən ediblər.
Bundan əlavə, itlərə göz yaşlarının emosiya ilə bağlı olub-olmadığını öyrənmək üçün oksitosin ehtiva edən hormonların verildiyi və beləliklə də itlərin göz yaşlarının artdığı qeyd edilib.
Tədqiqatın müəlliflərindən olan Takefumi Kikusui bildirib:
“Biz bilmirdik ki, heyvanlar sahiblərinə qovuşduqda sevinc göz yaşları tökür”.
Yeganə