Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.
Bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.
O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:
“Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib”.
Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur.
Rusiya Ukraynaya qarşı xloropikrindən istifadə etdi
Rusiya Kimyəvi silahlar Konvensiyasını pozaraq, Ukrayna qüvvələrinə qarşı xloropikrin kimyəvi silahından istifadə edib. Elchi.az xəbər verir ki, bu barədə ABŞ...