Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən partlayış nəticəsində ən azı 1 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Krım üzrə nümayəndəsi Sergey Aksyonov sosial şəbəkədə məlumat yayıb.
O, Saki aviabazasında baş verən partlayış zamanı bir nəfərin həlak olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl partlayışın hər hansı hücumun nəticəsi deyil, aviasiya sursatının partlaması olduğunu bəyan edib.