Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.
Baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib. 156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.
“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.
Bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.
Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Elchi.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT...