Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 35 300 şəxsə əlillik təyin edilib.
Bu barədə Elchi.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.
Həmçinin müvafiq dövr ərzində 19 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 702 şəxsə 29 300 reabilitasiya vasitəsi verilib.