Milli Məclis Aparatının strukturunda dəyişiklik olub.
Parlament Aparatının Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq və Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Kadr siyasəti məsələləri sektorları yeni strukturda yer almayıb.
Beləliklə, Milli Məclisi Aparatında sektorların sayı 24-dən 22-yə enib.
Qeyd edək ki, Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Fizuli Əsəd oğlu Abbasov, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Kadr siyasəti məsələləri sektorunun müdiri isə Şahin Xanbaba oğlu Quliyev idi.
Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Elchi.az xəbər verir ki,...