Bakıda 57 yaşlı kişi qətlə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 18-də Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib.
Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.
AzNews.az
Şərqi Afrikada internetə çıxış kəsilib
Qlobal internet rəsədxanası NetBlocks bildirib ki, bir çox Şərqi Afrika ölkəsində dənizaltı kabellərin zədələnməsi səbəbindən internetə çıxış kəsilib. Elchi.az xəbər verir...