Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov sabiq
baş prokuror Əli Ömərovun YAP-a üzv olmaq istəməsi barədə fikirlərini şərh edib.
YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün rəsmi şəkildə partiyaya müraciət olunmalıdır: “Daha sonra partiya bu məsələyə baxıb qərar verə bilər. Əli Ömərov “91-lərdəndir”. Odur ki, Ə.Ömərov bununla bağlı da partiyaya müraciət edə bilər”.
Xatırladaq ki, Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov Publika.az-a açıqlamasında YAP-a üzv olmaq istəməsini dilə gətirib.