Qarabağdakı müharibə zamanı Rusiya Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi. Bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan müsahibəsində bildirib.
Tonoyan müharibə müddətində rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla bir neçə dəfə telefon danışığı apardığını söyləyib.
“Məlum səbəblərdən detalları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”.
Tonoyana görə, müdafiə məsələləri ilə yanaşı, rusiyalı nazirlə davamlı iş əlaqələri bir sıra digər vacib məsələlərin həllinə imkan verdi.
Xatırladaq ki, Tonoyan Qarabağda müharibə bitdikdən bir neçə gün sonra müdafiə naziri vəzifəsindən azad edilib.