Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər.
Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.
Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər
COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə Parlament İclası təşkil etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə...