Azərbaycanda seçicilərlə bağlı sistemdə ad, soyad və ata adı eyni olan 19 nəfər seçici aşkarlanıb.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov deyib.
O qeyd edib ki, yoxlamalar zamanı həmin seçicilərin ayrı-ayrı insanlar olduğu məlum olub və bundan sonra həmin şəxslər yenidən sistemdə saxlanılıb.