Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.
“Report”un xəbərinə görə, “Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.
***
Salyanda baş verən yol qəzası zamanı ölən və yaralananların olduğu bildirilir.
“Report”un xəbərinə görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.
Əlavə məlumat veriləcək.
***
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bu yolda sürət həddi bərpa edildi
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat...