Polşa Ukraynanı silahlandırmayacaq. Axar.az Ria-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Polşanın
![img1646996](http://www.elchi.az/wp-content/uploads/2014/10/img1646996.jpg)
xarici işlər naziri Qjeqoj Sxetina “TVP İnfo”ya açıqlamasında bildirib.
Polşanın Ukraynada hərbi münaqişənin dayandırılması prosesinə qoşulmağa məcbur olduğunu, bu səbəbdən də Ukraynaya silah göndərilməsinin planlaşdırılmadığını qeyd edib:
“Ukrayna öz silahına malikdir, bundan başqa, özü yaxşı silah istehsal edir. Biz humanitar yardım göstərəcəyik”.
Sxetina həmçinin bu ay Ukraynaya səfər edəcəyini bəyan edib.