Öldürülənlərin şəxsiyyəti müəyyənləşib
![tecili](http://www.elchi.az/wp-content/uploads/2014/10/tecili.jpg)
Goranboy rayonunda törədilmiş dəhşətli qətliamın bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Safukürd kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf gəldiyini görərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.
Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, ətlə yetirilən şəxslər bunlardır:
1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı
1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar
1951-ci il Məmmədova Ofelya İsa qızı
1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı
1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı
1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu
2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Hüseynovun qardaşı Qarabağ müharibəsində iştirak edib və qumbaranı da müharibədən gətirib. Qardaşı 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb.
Qeyd edək ki, qətlə yetirilənlər R.Hüseynov-un qətlə yetirdiyi şəxslər onun yaxın qohumlarıdır. S.Hüseynova isə onun həyat yoldaşı olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.