Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova höküm oxunub.
Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevral ayında T.Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.