“Hazırda Azərbaycanda 3000-dən çox talassemiyalı xəstə var.”
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.
Onun sözlərinə görə, ölkədə, təqribən, 1 milyona yaxın talassemiya daşıyıcısı var: “İki daşıyıcı insan ailə qurarsa onların övladlarının xəstə doğulması riski çox böyükdür. Ölkədə nikahdan qabaq müayinələrin aparılması nəticəsində xəstə uşaqların doğulmasının sayında ciddi azalma müşahidə olunur”.
V.Hüseynov qeyd edib ki, son 5 ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub: “Onların böyük əksəriyyəti talassemiyalı xəstələr olub. Alınan nəticələr dünyadakı nəticələrlə eynidir. Gələcəkdə qoyulan hədəflərdən biri toxuma uyğunluğu reystrinin formalaşdırılmasıdır. Bu da donor tapa bilməyən xəstələrə donor yapılanmasına kömək edəcək”.