ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.
APA-nın məlumatına görə, Ağ Evin məlumatında belə deyilir.
“İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur. Sanksiyaların uzadılmasına səbəb kimi həmçinin ballistik raketlərin istehsalı, beynəlxalq terrorizmə dəstək və insan haqlarının pozulması göstərilir.