Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların verilməsi təklif edilir.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.
Deputat əlavə edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.