Qanalı aşpaz Ebenezer Smit 802 saat 25 dəqiqə bişirməklə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Ginnesin Rekordlar Kitabına yeni rekord vurulub.
Elchi.az xəbər verir ki, xalq arasında “Aşpaz Smit” kimi tanınan Ebenezer Smit fevralın 1-də ölkənin paytaxtı Akkrada başladığı yemək marafonunu martın 6-da başa vurub.
Smith 802 saat 25 dəqiqə ilə “ən uzun yemək vaxtı” rekordunu qırdı.
Aşpaz Smit Ginnesin Rekordlar Kitabından sertifikat aldıqdan sonra verdiyi açıqlamada ilkin hədəfinin 1200 saat yemək olduğunu, ancaq 802 saat 25 dəqiqə bişirdiyini bildirib.
Ginnesin Rekordlar Kitabına düşən Smit 2023-cü ilin noyabrında 119 saat 57 dəqiqə yemək bişirərək irlandiyalı aşpaz Alan Fişerin təyin etdiyi Ginnesin Rekordlar kitabını da geridə qoyub.
Şayəstə Hüseynova