Donetsk və Luqansk “xalq respublikalarında” təqribən 8000 Ukrayna əsgəri təslim olub.
Alp.az xəbər verir ki, bunu qondarma “lxr”in Rusiyadakı “səfiri” Rodion Miroşnik deyib.
O bildirib ki, həm əsirlərin, həm də ölənlərin sayı artacaq.
Qeyd edək ki, mayın 20-də Rusiya Müdafiə Nazirliyi “Azovstal” metallurgiya zavodunun ərazisinin tam azad edildiyini elan edib. Azov alayının 2439 ukraynalı əsgəri silahı yerə qoyaraq təslim olub. Onlara qarşı Rusiyada cinayət işi başlanıb.